AzTU-nun metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq | |
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb.
AzTU-dan verilən məlumata görə, görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Metallurgiya mühəndisliyi və Materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması müzakirə olunub.
Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq.
|
|
![]() |
11.06.2020 | 11:00 |
|
|
|