ADNSU və UFAZ-da imtahanqabağı dezinfeksiya işləri | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) növbəti dəfə dezinfeksiya işləri aparılıb.
ADNSU-dan verilən məlumata görə, əvvəlcə UFAZ-ın bütün ərazisi - foyesi, dəhlizləri, auditopriyaları və otaqları dezinfeksiya olunub. Çünki iyunun 8-də burada ilk dəfə olaraq UFAZ-a magistraturaya qəbul imtahanları keçiriləcək. İmtahanların ənənəvi qaydada təşkili üçün lazımi təhlükəsizlik qaydaları həyata keçirilib; sosial məsafənin gözlənilməsi üçün imkanlar yaradılıb, tələbələrin gigiyenik vasitələrlə təchizatı nəzərdə tutulub.
ADNSU-da da universitetin hər iki korpusunun bütün ərazisində dezinfeksiya işləri aparılıb.
Universitetdən bildirilib ki, son üç ayda ADNSU və UFAZ-da mütəmadi olaraq bir neçə dəfə dezinfeksiya işləri görülüb; tədris korpuslarının dəhlizlərində gigiyenik vasitələr quraşdırılıb; girişdə hər kəsin hərarətinin yoxlanılması həyata keçirilir; universitetə maskasız giriş qadağan olunub.
|
|
![]() |
06.06.2020 | 10:32 |
|
|
|