Mehmet Palancının məzun və tələbələr üçün onlayn mühazirəsi | |
Türkiyənin Trabzon Universitetinin Fatih fakültəsinin dosenti, psixologiya elmləri doktoru Mehmet Palancının moderatorluğu ilə “İxtisas seçimi və karyera planlaması” mövzusunda onlayn mühazirə keçirilib.
Mühazirədə Azərbaycan Texniki Universitetinin (AzTU) məzun və tələbələri iştirak edib.
AzTU-dan bildirilib ki, M.Palancı ixtisas seçimində edilən yanlışlıqlar və səbəbləri, həmçinin karyera planlaşdırılması ilə bağlı fikirlərini bölüşüb. O, mövzu ilə bağlı iştirakçıların suallarını da cavablandırıb.
İki saat davam edən mühazirə M. Palancının rəsmi facebook səhifəsi ilə canlı yayımlanıb.
|
|
![]() |
18.05.2020 | 16:41 |
|
|
|