İqlimşünas alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Azərbaycanın Xəzəryanı sahillərində atmosfer yağıntılarının müasir vəziyyəti” adlı məqaləsi Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun yüksək nüfuzlu beynəlxalq “Okeonoloji tədqiqatlar” jurnalında yer alıb.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, məqalə Xəzərin Azərbaycana aid sahilyanı ərazilərində və dəniz stansiyalarında atmosfer yağıntıları rejiminin müasir dəyişmələrinin tədqiqinə həsr edilib.
|
|
![]() |
18.05.2020 | 10:38 |
|
|
|