Coğrafiya İnstitutu aliminin məqaləsi beynəlxalq jurnalda | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun həmmüəllif olduğu elmi məqalə 5 illik impakt faktoru 11.29 olan Q1 kateqoriyalı “Renewable and Sustainable Energy Reviews” jurnalında dərc edilib.
İnstitutdan bildirilib ki, məqalə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na dəstək kimi icra olunan və Günəş enerjisindən optimal istifadə sahəsində aparılan təqiqat işinə, həmçinin əldə edilən mühüm nəticələrə həsr olunub. Məqalədə mürəkkəb topoqrafiyaya malik dağlıq bölgələrdə Günəş panelinin optimal istiqamətini seçməklə istehsal olunan elektrik enerjisini önəmli dərəcədə (10% - dək) artırmağın mümkünlüyü qeyd edilir.
Tədqiqatın nəticələri dağlıq bölgələrdə yerləşən turizm və istirahət obyektlərində, eləcə də şəxsi evlərdə tətbiq oluna bilər.
|
|
![]() |
14.05.2020 | 14:35 |
|
|
|