BSU-da şeir müsabiqəsinin qalibləri | |
Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin doğum gününün 97- ci ildönümünə həsr olunan "Ürəklərdə yaşayan lider" adlı şeir müsabiqəsinin qalibləri müəyyən olunub.
Müsabiqədə BSU-nun müxtəlif ixtisaslarda təhsil alan tələbələri iştirak ediblər. Online formada keçirilən müsabiqədə tələbələr tərəfindən səsləndirilən 30-dan çox şeir video formasında göndərilib və onlar arasından qaliblər müəyyən olunub.
Səfiyyə Mustafazadə (məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsi), Arzu Muradova (filologiya və xarici dil müəllimliyi fakültəsi), Səbinə Nəsibli (beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi), Nərmin Əhmədova (pedaqoji fakültə) müsabiqənin qalibləri olublar.
Qaliblər online formada sertifikatlarla təltif ediliblər.
|
|
![]() |
11.05.2020 | 12:43 |
|
|
|