Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 ümumtəhsil məktəbində 10 inklüziv sinif fəaliyyət göstərir.
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli, M.Hadi adına 10 nömrəli, M.C.Paşayev adına 39 nömrəli və Göygöl rayon S.Vurğun adına 3 nömrəli tam orta məktəblərdə ümummilikdə 18 nəfər şagird inklüziv siniflərdə təhsilə cəlb edilib.
 
Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz yaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.
 
Fotolar Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdəndir.