2024/2025-ci tədris ili üçün SABAH qruplarında baza ali təhsil müəssisələri üzrə ixtisasların siyahısında Qarabağ Universitetindən 8 ixtisas öz əksini tapıb.
Bu barədə SABAH qruplarının İcra Komitəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib. Belə ki, Qarabağ Universitetində aşağıdakı ixtisaslar üzrə SABAH qruplarına qəbul təşkil olunacaq:
| İxtisasın adı | İxtisasın kodu |
| Beynəlxalq münasibətlər | 050201 |
| Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | 050101 |
| Hüquqşünaslıq | 050206 |
| İbtidai sinif müəllimliyi | 050107 |
| Maliyyə | 050406 |
| Mühasibat | 050409 |
| Riyaziyyat müəllimliyi | 050114 |
| Xarici dil müəllimliyi (ingilis dili) | 050121 |
Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün digər xəbərimizə keçid edin.





