“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb.
	"Azərbaycan müəllimi" xəbər verir ki, qeydiyyat mayın 2-dək davam edəcək.
	“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərə birbaşa imtahana hazırlıq kursu təqdim olunacaq. Bu, şagirdlərin imtahana hazırlaşmasını asanlaşdıracaq.
 				
                
                
                
         	
                                             
              





 
 