Fevralın 7-də Elm vəTəhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Musiqidə yaşayan ulu öndər" adlı respublika onlayn mahnı müsabiqəsinə start veriləcək.
Müsabiqənin məqsədi ulu öndərin həyat yolu və ictimai fəaliyyətinin gənc nəslə daha dərindən aşılanması, onlarda milli-vətənpərvərlik ruhunu gücləndirmək və azərbaycançılıq ideologiyasını təbliğ etmək, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını aşılamaq, gənc istedadları üzə çıxarmaq və yaradıcılıq potensiallarını inkişaf etdirməkdən ibarətdir.
Müsabiqə məktəbdənkənar təhsil müəssisələrinin üzvləri arasında 2 nominasiya (Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş bəstəkar və xalq mahnıları) və 3 yaş qrupu (10-12,13-17, qarışıq) olmaqla 3 mərhələdə keçirilir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- iştirakçılar hər nominasiya üzrə bir mahnı ilə çıxış edə bilərlər;
- çıxışlar solo, duet, qrup və xor kollektivi şəklində akopella, canlı və yazılı müşayiət ilə ifa oluna bilər;
- yazılı müşayiət aydın, təmiz və keyfiyyətli olmalıdır;
- təqdim olunan çıxışların videogörüntüləri telefon, planşet və ya kamera ilə aydın və keyfiyyətli çəkilməli, müsabiqənin təşkilat komitəsinin ugim-3@mk.edu.az elektron poçt ünvanına göndərilməlidir;
- videogörüntüdə iştirakçı çıxışdan öncə özü haqqında (adı, soyadı, təvəllüdü, yaşadığı şəhər (rayon), təmsil etdiyi müəssisə) və ifa etdiyi mahnının adı, müəllifi barədə məlumat verməlidir;
- çıxışların müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
Müsabiqə üç mərhələdə keçirilir.
I mərhələ – 7 fevral-6 mart tarixində keçirilir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifariş və videogörüntülər qəbul edilir.
II mərhələ – 28 mart tarixindədir. Videogörüntülərə baxış keçirilir və münsiflər heyəti tərəfindən qaliblər seçilir.
lII mərhələ – 12 may tarixində Bakı şəhərində müsabiqə qaliblərinin iştirakı ilə yekun konsert keçiriləcək.
Müsabiqədə yaş qrupu və nominasiyalar üzrə l, ll və llI yerlərin qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Telefon: +99412 421 54 66; +99412 421 41 91; +99455 549 58 52