Təhsildə ən mühüm faktor
Təlim zamanı müəllimlərlə daha çox ünsiyyət saxlayan tələbələr özlərini psixoloji cəhətdən daha yaxşı hiss edir və böyük müvəffəqiyyətlərə nail olurlar. Amerika universitetlərinin 70 min məzunu arasında keçirilmiş sorğunun (Gallup-Purdue Index) nəticələri bunu deməyə əsas verir.
Tədqiqatçılar ali məktəbdə təhsil zamanı yaşanan həyəcanların “böyük altılığ”ını müəyyən ediblər. Onlardan 3-ü müəllimlərlə ünsiyyətə aiddir: “Ali məktəbdə oxuduğum vaxt məni daim ruhlandıran müəllimim vardı”, “Mənimlə şəxsiyyət kimi davranan müəllimim var idi”, “Məni daim ürəkləndirən və hədəflərə nail olmağa tələsdirən mentorum var idi”. Nəticələr müəllimləri ilə sıx əlaqədə olan məzunların karyeralarında, şəxsi və sosial həyatda daha çox uğur qazana biləcəklərini göstərib.
Ünsiyyətdən başqa, ən əhəmiyyətli 6 universitet fəallığına eyni layihə üzərində bir semestrdən daha çox iş təcrübəsi, stajkeçmə və ya tədrisdə qazanılan nəzəri biliklərin tətbiqinə yönəlik iş, yaradıcı və ictimai fəaliyyət sahəsində aktivlik də daxildir.
Qallop-Perdyu indeksi, 2014-cü ildən Perdyu Universiteti və Qellop Fondu tərəfindən keçirilən ali təhsilin nəticələrinin ölçülməsidir. Tədqiqat belə bir fərziyyəyə əsaslanır ki, ali məktəblərin işinin məhsuldarlığının ən yaxşı göstəricisi onların məzunlarının istər karyerada, istərsə də şəxsi həyatda qazandığı müvəffəqiyyətlərdir.